18 Fevral 2016 13:15
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dünən axşam saatlarında Ankarada baş verən və 28 nəfərin ölümünə səbəb olan terror aktına görə Türkiyəyə başsağlığı verib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb:

"Fevralın 17-də Ankarada baş verən terror aktına görə türk xalqına dərin hüzünlə başsağlığı veririk. Ölənlərin yaxınlarına səbr, hadisə nəticəsində yaralananlara isə tezliklə sağalmağı diləyirik. Bu vəhşi cinayətin bəraəti yoxdur. Onun təşkilatçıları və səbəbkarları bu əmələ görə cavab verməlidirlər. Baş verənlər beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin lazım olduğunu göstərir”.

Qeyd edək ki, Ankarada baş verən terror aktının kürd əsilli Suriya vətəndaşı, PYD və YPG terror təşkilatı döyüşçüsü Salih Necarın törətdiyi məlum olub.

Samir


Müəllif:

Oxşar xəbərlər