Yazıçı Əziz Yazarın “Qiyamət” romanı “Mücrü” nəşriyyatında işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, “Dahinamə”, “Nur çayı” və “Ağ işıqlı şəhər” kimi şeir və nəsr kitablarından sonra bu, müəllifin sayca dördüncü kitabı, ikinci romanıdır.
Gerçək fantastika janrında yazılan və yaşadığımız karantin günləri ilə dərindən səsləşən romanın müəllifi çağdaş insanın böhran həddinə çatan mənəvi-əxlaqi tənəzzülündən danışır, çıxış yolunu mənəvi-idraki oyanışda – qiyamətdə görür.
Romanın redaktoru və ön sözün müəllifi tanınmış tənqidçi Əsəd Cahangirdir. Kitab Piriyev Vahid Arif oğlunun dəstəyi ilə işıq üzü görüb.