“Paşinyan Ermənistan hökumətinin yeni üzvləri və təhlükəsizlik qüvvələrinin yeni rəhbərliyinin siyahısını hazırlasın”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Ekspert Ermənistanda Baş nazir Nikol Paşinyan əleyhinə kütləvi aksiyaların başladığını bildirib:
“Ermənistanda Paşinyan və barışıq müqaviləsinə qarşı kütləvi etirazlar var. Gecə saatlarında Soros Fondunun İrəvandakı ofisinin yandırıldığını deyirlər. İndi gecdir, bunu əvvəllər etmək lazım idi. İndi Paşinyan bütün qərbyönümlü siyasətçiləri uzaqlaşdırsa, xilas olacaq.
Ümumiyyətlə, ona Marqarita Simonyanı (“Russia Today”ın rəhbəri) “baş siyasi məsləhətçisi” kimi təyin etməsini məsləhət görərdim. Hökumətin yeni üzvlərinin və təhlükəsizlik qüvvələrinin yeni rəhbərliyinin siyahısını hazırlasın. Bilmədiyini düşünürsünszə, bu qorxunc deyil - ona düzgün soyadları deyəcəklər”.