3 Dekabr 2020 11:28
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zod qızıl mədəninin bağlanması və ya Azərbaycanın nəzarətinə keçməsinin Ermənistan iqtisadiyyatına ciddi təsiri olacaq.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Qrant Mikaelyan deyib.

Onun fikrincə, mədənin bağlanması Ermənistan dəmiryolu sənayesinə mənfi təsir göstərəcək: “Məndə olan məlumata əsasən dəmiryolu nəqliyyatında yüklərin nəql olunmasının 50 faizi Zod mədəni tərəfindən təmin edilirdi. Bundan əlavə Ararat bölgəsindəki emal müəssisəsinə də mənfi təsirləri olacaq”.

İqtisadçı qeyd edib ki, mədənin itirilməsi Ermənistanın ümumi daxili məhsulunun həcmini 1 faizdən çox azalda bilər: “Bununla paralel məşğulluq problemi yaranacaq hesablamalara görə, Zod mədəninin fəaliyyətini dayandırması nəticəsində 5-6 mindən çox iş yeri də bağlana bilər”.

Qrant Mikaelyan deyir ki, bu mədən Ermənistanın ən böyük vergi ödəyiciləri siyahısında 4-cü yeri tutur: “Bunu nəzərə alsaq, deyə bilərik ki, baş verənlər vergi gəlirləri ilə bağlı problem yarada bilər. Bu şirkətin fəaliyyəti ölkənin ticarət balansına ciddi təsir edən ixracatçı olduğundan bu sahədə problemlər yarana və milli valyutaya mənfi təsir göstərə bilər”.

Ermənilərin özləri etiraf edir ki, uzun illər Azərbaycan qızılını Zod yatağında istismar edən GeoProMining şirkəti faktiki fəaliyyətini dayandırıb.

Azərbaycan Silahlı Qüvvələri noyabrın 26-da mədənə gedən yolları bağladığı üçün erməni tərəfi işini davam etdirə biməz.


Müəllif: Cavad