Ermənistan Prezidenti Armen Sərkisyan bu gün keçmiş prezident Serj Sərkisyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, görüşdə ölkədəki mövcud vəziyyət müzakirə olunub.
Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.