Ermənistanda onlarla polis istefa ərizəsi yazıb, ancaq kadr şöbələri qeyri-müəyyən səbəblərdən onları qəbul etməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu haqda Ermənistanın “Vətən” partiyasının üzvü Ara Babayan məlumat verib.
“Bu gün səhər 9-dan başlayaraq, bir çox polis istefa ərizəsi yazıb, lakin kadr şöbələri müxtəlif qanunsuz səbəblərə görə bunu qəbul etməkdən imtina edib. Hörmətli polis zabitləri, heç kimin işdən çıxma istəklərini qəbul etməməyə haqqı yoxdur”, - Babayan qeyd edib.
O, polis sistemində Baş nazir Nikol Paşinyana etiraz olaraq istefa dalğasının başladığını bildirib.