ATƏT-in Minsk Qrupunun fransız və amerikalı həmsədrləri Stefan Viskonti və Endrü Şofer regiona səfərləri çərçivəsində İrəvanda Xarici İşlər Nazirliyinə gəlib.
Teleqraf.com xəbər verir ki, həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri Anji Kaspşik müşayiət edir.
Rusiyalı həmsədr İqor Popov xəstə olduğu üçün səfərdə iştirak etmir.
Həmsədrlər Xarici İşlər Nazirliyinə daxil olarkən erməni jurnalistlərin suallarına cavab verməkdən imtina ediblər.
Məlumata görə, həmsədrlər Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanla görüşdən sonra erməni hökumət nümayəndələri ilə müzakirələr aparacaq.