15 Dekabr 2020 22:49
5 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan sazxtakardır, ölən hərbçilərin analarını və dul qadınlarını görməzdən gəlir, onları nüfuzdan salmağa çalışır, amma bunu bacara bilməyəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu ictimai-siyasi fəal Satenik Xalqatyan deyib.

O, həyat yoldaşının Qarabağ savaşında öldüyünü, bu günədək heç bir hökumət qurumunun və ya rəsmi şəxsin onunla maraqlanmadığını söyləyib. Xalqatyan Paşinyan hökumətinin bütün həlak olan bütün hərbçilərin özlərinə və ailələrinə saymazyana münasibət sərgilədiyini vurğulayıb:

“Düşündüm ki, heç olmasa bir dəfə özünüzü bir insan kimi sübut edib, savaş qurbanlarının ailələrinə diqqət ayıracaqsan. Ancaq sən o anaların dəyərini bilmirsən”.

O, oğlunun yaralandığını və bacılarının oğullarının müharibədə həyatlarını itirdiyini bildirib: “Baş nazir bu 3 ay ərzində Yerablur hərbi panteonunu ziyarət edə biləcəyini dedi. Hərbi panteonda demək olar ki, bütün cənazələrdə iştirak etdim və heç kimin gəlib qurbanların valideynləri ilə əl sıxdığını görmədim”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər