Rusiya sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa qayıdan başqa bir erməni kolonunu müşayiət edib.
Teleqraf.com xəbər verir ki, gün ərzində İrəvandan Xankəndinə avtobuslarla 316 nəfər çatdırılıb.
Avtobuslar Rusiya sülhməramlı kontingenti və hərbi polisin patrulları tərəfindən müşayiət olunub.
Artıq müharibə vaxtı bölgədən Ermənistana qaçan 42 mindən çox erməni Dağlıq Qarabağda yerləşdirilib.