29 Dekabr 2020 13:55
2 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentə gedəcək və orada “Çiçəklənən Ermənistan” partiyasının və eyniadlı fraksiyanın lideri Qaqik Tsarukyanla görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetə məlum olub ki, N.Paşinyanla görüşdən əvvəl “Çiçəklənən Ermənistan” partiyasının deputatları Tsarukyanla ayrıca müzakirə aparacaqlar.

Q.Tsarukyanın partiyasından iki deputat da N.Paşinyanla görüşə qatılacaq. Qəzet qeyd edir ki, “Çiçəklənən Ermənistan” partiyası N.Paşinyanın elan etdiyi növbədənkənar parlament seçkiləri keçirilməzdən əvvəl ona hökumətdə bir neçə portfel verilməsində israrlıdır.

Xatırladaq ki, noyabrın 10-dan bəri İrəvanda Ermənistan baş nazirinin istefası tələbi ilə aksiyalar və yürüşlər keçirilir. Aksiyaların əsas təşkilatçıları Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər