8 Mart 2021 17:34
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yüksək hərbi komandanlığın qəzəbini və ordunun səlahiyyətlərindən kənar siyasi proseslərə müdaxilə etmək mövqeyini tamamilə başa düşürəm. Buna səbəb baş nazirin alçaldıcı məğlubiyyətə görə, ordunu günahlandırmaqla bağlı ehtiyatsız açıqlaması olub”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu ölkədə Silahlı Qüvvələrin Baş qərargahının Baş nazir Nikol Paşinyan və hökumətinin istefa vermək tələbini şərh edərkən bildirib.

Levon Ter-Petrosyan eyni zamanda bəzi qüvvələrin ordunu konstitusiyaya zidd hərəkətlərə təhrik etmək çağırışlarına cavab olaraq hərbçilərin təmkinli davranışlarını alqışlamaq istədiyini vurğulayıb:

“Ordu rəhbərliyinin bu davranışını dövlət düşüncəsinin nümunəvi təzahürü, ölkəni dağıdıcı zərbələrdən qurtarmaq üçün dürüst bir istək hesab edirəm ki, bu da bütün xalqımızın səmimi təşəkkürünə layiqdir”.

Keçmiş prezident hərbi çevrilişi dövlətin sağlamlığını yaxşılaşdırmağın müsbət yolu kimi təqdim edən bəzi siyasətçilərin məsuliyyətsiz açıqlamalarının son dərəcə təhlükəli və qınağa layiq olduğunu bildirib.

Qeyd edək ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edən bir bəyanat yayıb. Bundan sonra Paşinyan tərəfdarlaını küçələrə çağıraraq hər kəsə xalq tərəfindən dəstəkləndiyi mesajını verib.


Müəllif: Cavad

Oxşar xəbərlər