9 Mart 2021 12:39
2 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibədə məğlub olan Ermənistana dünyada maraq azalır, ölkəmizdə baş verənlər beynəlxalq medianın gündəmindən kənarda qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”da dərc olunan bir məqalədə bildirilib.

Məqalə müəllifi Sergey Bablumyan qeyd edir ki, Ermənistanda daxili siyasi həyat alovlanır və xəbər lentləri baş verən hadisələr barədə xəbərlərlə doludur, amma dünya bu ölkədəki dərin böhrana biganədir:

“Ermənistandakı hadisələrə dünyanın marağı yoxdur. Təkcə müəyyən mənada qonşu ölkələr maraq göstərir, bu da eyni bölgədə yerləşməyimizlə bağlıdır. Dünya mediasını nəzərdən keçirdim, amma Ermənistanda baş verən hadisələrə ciddi bir maraq görmədim: quru həqiqətlər, qısa məlumatlar, “nə bizim, nə də sizin” prinsipi əsasında verilən şərhlər... Rusiya, Türkiyə, Azərbaycan və qismən də İran bura aid deyil.

Əvvəllər Ermənistan haqqında bir çox məqalə və reportaj dərc olunurdusa, indi yalnız nadir qəzetlər bura diqqət ayırır”.

Müəllif ABŞ, Rusiya və Avropa ölkələrinin də Erməniatandakı hadisələr səthi yanaşdığını yazıb:

“Ermənistandakı hadisələrə reaksiya verdi, yalnız baş verənləri yaxından izlədiyini bildirdi, hər iki tərəfi zorakılıqdan qaçmağa çağırdı. Amerika kütləvi informasiya vasitələrində də eyni vəziyyətdir.

Rusiyadan verilən açıqlamada isə bildirildi ki, Ermənistanın daxili işlərinə qarışmırıq”.

Müəllif müharibədə Azərbaycana məğlubiyyətin Ermənistana baha başa gəldiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər