31 Mart 2021 14:57
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyasını təşkil edəcək şəxslər bəlli olub.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyanı müdafiə edən siyasi partiyaların və ictimai təşkilatların cəmləşdiyi “Mülki müqavilə” qurumunun seçki kampaniyasına ölkənin ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edəcək.

Bu məlumatı baş nazir ofisinin rəhbəri Arsen Torosyan da təsdiqləyib.

Bildirilir ki, Nikol Paşinyanın seçki qərargahında əsas 4 fiqur təmsil olunacaq. Bunlar Romanos Petrosyan, Araik Arutyunyan, Arsen Qriqoryan və Sueren Papikyandır. Seçki qərargahına isə Suren Papikyan rəhbərlik edəcək.

Paşinyanın seçki kampaniyasını aparacaq fiqurların içərisində Xankəndindəki separatçıların lideri Araik Arutyunyanın olması da diqqət çəkir.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Seçkidən əvvəl isə Paşinyan baş nazir postundan istefa verəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər