27 Aprel 2021 13:09
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin bölmələri NATO-nun “Defender Europe 2021” təlimlərində iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin əvvəllər rəsmi təkzib verdiyi, bununla yanaşı, yerli mətbuatda bu mövzuda iddianın yayılmağa davam etdiyi bildirilib.

Qeyd edək ki, nazirlik mart ayında da Ermənistan Silahlı Qüvvələrinin Şimali Atlantik Alyansının manevrlərində iştirak etməyəcəyini elan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər