14 Sentyabr 2021 12:39
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 13-də saat 22:00 radələrində Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi bazalardan birində ehtiyatda olan serjant Mkrtıç Serj Ovakimyan həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, ehtiyatda olan çavuş hərbi xidmətkeçmə qaydalarını pozması nəticəsində ölümcül yaralanıb.

“Hadisənin səbəblərini öyrənmək üçün araşdırma aparılır”, - deyə Ermənistan MN bildirib.


Müəllif: Səxavət