27 Sentyabr 2021 22:36
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan dünyada ilk dəfə DNT vaksini yaratdığını bəyan edib.

Teleqraf.com-un xəbərinə görə, "Zydus Cadila" şirkətinin istehsalı olan vaksinə ZyCoV-D adı verilib.

DNT peyvəndi bir proqram vaksini sayılır, o, virusun genetik kodlarını bədənə yeridilməklə yaradılır. Daha sonra hüceyrələr viral zülal sintez edərək virusun sünbül zülalına qarşı antikorlar istehsal edir.

Vaksinin yaxın aylarda istifadəyə buraxılacağı deyilir.

COVID-19-dan hər gün çoxsaylı ölümlərin baş verdiyi Hindistanda yeni vaksin insanlarda ümid yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər