Ermənistanda müharibədə itkin düşən hərbçilərin yaxınları Hökumət Evinə gedən Tiqran prospektini bağlayıblar.
Teleqraf.com xəbər verir ki, etirazçılar Baş nazir Nikol Paşinyanın onlarla görüşüb suallarını cavablandırmasını tələb edirlər.
Hadisə yerinə polis qüvvələri cəlb olunub. Etirazçılardan prospektin açılması tələb edilib, əks halda güc tətbiq olunacağı barədə xəbərdarlıq edilib.
Ermənistan baş nazirinin köməkçisi Qaqik İsaxanyan baş verənlər haqda açıqlama verib:
“Hələ heç nə deyə bilmərəm. İtkin düşənlərin yaxınları aksiya keçirir, amma biz imkan daxilində görüş təşkil etməyə çalışacağıq. Mən hələ baş nazirlə görüşməmişəm, tezliklə onunla görüşməyə çalışacağam”.