18 Dekabr 2021 20:44
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni xalqı milli fəlakətin içində yaşayır”.

Teleqraf.com xəbər verir ki, bunu Qarabağdakı 44 günlük müharibə haqda danışan Ermənistanın sabiq prezidenti Serj Sərkisyan deyib.

O, müharibədən sonra Ermənistan daxilində rüsvayçı olayların baş verdiyini bildirib.

Serj Sərkisyan qeyd edib ki, insanlar Ermənistanı göz yaşları içində tərk edirlər: “Bu gün hər beş nəfərdən biri ölkədən gedir”.

Sərkisyan Ermənistandakı demoqrafik problemə də diqqət çəkib: “Son 70 ildə ölkəmizdə doğulanların və ölənlərin sayı praktiki olaraq bərabərləşib. Bu, ən böyük fəlakətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər