Ermənistanın Baş naziri Nikol Paşinyanın, müdafiə naziri Suren Papikyanın və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın bura gəlməsini tələb edirik.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu hazırda etiraz aksiyası keçirən “Həyat üçün ölkə” partiyasının sədri Volodya Qriqoryan deyib.
O, yerli seçkilərdə qələbə qazandığını və hazırda baş verənlərin Narek Mkrçyanın əməllərinin nəticəsi olduğunu bildirib: "David Minasyanın mer olması üçün hər şeyi edir. Paşinyan bizim səsimizi alaraq baş nazir oldu, ona görə də səsimizi alan şəxs mer olmalıdır”.
Polis aksiya ərazisinə toplaşıb.