24 Yanvar 2022 22:13
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində hazırlanmalıdır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.

N.Paşinyan bildirib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqqında çox danışılır. Bəli, sənəd imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu, sualdır və danışıqların nəticəsidir. Ermənistan bu danışıqlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər