28 Yanvar 2022 11:38
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxalifətdən maraqlanın, necə olub ki, 1990-cı illərin sonlarından başlayaraq demək olar ki, hər il Türkiyə ilə danışıqlar, müzakirələr, məktub mübadiləsi, təmaslar olub. Bütün bu nağılları bir kənara qoyun, müxalifətin müxtəlif nümayəndələri məsələni manipulyasiya etməsinlər, daim ictimaiyyəti aldatmasınlar. İllüziyalar atmosferində yaşamağı dayandırın. Başımıza gələnlər özümüzü aldatmağın nəticəsidir. Biz heç nə gizlətmədən birbaşa həqiqətlə üz-üzə qalmalıyıq”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan “erməni müxalifətinin hakimiyyətin Türkiyə ilə əlaqələr qurmasını milli və dövləti maraqlara zidd addım olması” haqda iddiaları cavablandırarkən deyib.

Erməni nazir əlavə edib ki, müxtəlif beynəlxalq platformalarda bir söz demək, sonra vətənə qayıtdıqdan sonra başqa bir şey söyləmək mümkün deyil.

Mirzoyan vurğulayıb ki, ümummilli “qırmızı xətlər” var ki, onları keçmək mümkün deyil:

“Biz qonşuları ilə uzun müddətdir ki, münaqişədə olan birinci və sonuncu tərəf deyilik. Cavablandırılması lazım olan çoxsaylı suallar var. Söhbət ilk növbədə regionda uzunmüddətli və davamlı sülhün bərqərar olmasından gedir”,- Mirzoyan əlavə edib.


Müəllif: Nemət

Oxşar xəbərlər