17 Fevral 2022 12:52
2 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT-də qalmaq lazımdır, amma ona xüsusi ümidləri bağlamaq olmaz”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, yanvarda ən çox müzakirə olunan KTMT mövzusu olub.

Köçəryan KTMT-nin yaranma tarixini xatırladıb və əlavə edib ki, onun fəaliyyət istiqamətini və üç vektorunu və hər üç vektorda Rusiyanın əsas rolunu yaxşı bilir:

“Bizim bütün istiqamətlərdə sərhədlərimiz var. Düşünmürəm ki, Gürcüstan və ya İran tərəfindən təhdidlər var. Yalnız Azərbaycan və Türkiyə qalır. Bu da başqa bir faktdır ki, Türkiyə və Azərbaycan KTMT ölkələri ilə bütün sahələrdə isti münasibətlərə malikdir. Bura iqtisadiyyat, dövlətlərarası münasibətlər, mədəni əlaqələr və s. daxildir. Üstəlik, Türkiyə və Azərbaycanla isti əlaqələri olan KTMT-nin Orta Asiyadan olan üzvləri həm də Türk Dövlətləri Təşkilatının üzvləridir. Şəxsi təmaslar səviyyəsində də Azərbaycan Prezidenti ilə də çox isti münasibətləri var.

Bir sözlə, KTMT-nin bizə hücuma hansısa formada reaksiya verəcəyini düşünmək sadəlövhlük olardı. Bu istisna edildi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər