Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Berlində Almaniya kanslerinin təhlükəsizlik və xarici siyasət üzrə müşaviri Yens Plötnerlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Almaniya və Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə ediblər. Regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub.