18 May 2022 12:02
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında İrəvanda Ermənistan hakimiyyəti əleyhinə başlayan aksiyalarda saxlanılanlar var.

Teleqraf.com xəbər verir ki, saxlanılanlar arasında sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan və onun rəhbərlik etdiyi qruplaşmanın üzvləri, həmçinin Serj Sərkisyanın Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov və eks-deputat Armen Aşotyan da var.

Polis hərəkəti paytaxtda bərpa etməyə çalışır, hərəkət zolağının açılmasını tələb edir. Çoxlu sayda saxlanılanlar var.

Qeyd edək ki, mayın 2-dən İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyaları başlayıb və demək olar ki, hər gün axşam və səhər saatlarında mitinqlər keçirilir. Parlament müxalifətinin təşəbbüsü ilə yaradılan hərəkatın azsaylı üzvləri Fransa meydanında oturaq aksiya elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu