25 May 2022 15:25
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

2000-ci ildən 2018-ci ilə qədər ölkəmiz demokratik dəyərlərdən imtina edib, korrupsiya ölkəni sözün əsl mənasında yeyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bildirib.

“Böhran şəraitində həyatın qiyməti” mövzusunda keçirilən panel müzakirəsində əsas məruzəçi kimi çıxış edən Vaaqn Xaçaturyan deyib:

“Ən önəmlisi hakimiyyətlə cəmiyyət arasında münasibətdir, cəmiyyətin hakimiyyətə nə qədər inanması, digər tərəfdən də hökumətin öz cəmiyyətinin problemlərini nə dərəcədə yaxşı başa düşməsidir. Əgər onlar arasında dialoq olsa, yoxsulluq problemi həll olunar, yeni böhran ehtimalı azalar, ölkədə daha stabil və idarə oluna bilən olar.

Ən əsası prinsiplərə xəyanət etməməkdir. Ölkəmizin təcrübəsi bunu göstərir.

2000-ci ildən 2018-ci ilə kimi ölkəmiz demokratik dəyərlərdən imtina etdi, korrupsiya ölkəni sözün əsl mənasında yedi. Biz çox pis vəziyyətdəyik. 2018-ci ildə məxməri inqilab baş verdi, nəticədə gənc hökumət hakimiyyətə gəldi, bütün sahələrə yeni həyat verdi, biznes özünü azad hiss etdi, insanlar özünü azad hiss etdi, insanlar azad bizneslə məşğul oldular, heç kim onlara mane ola bilmədi, pul tələb etmədi, siyasi qüvvələr seçkilərdə bərabər şərtlərlə iştirak etmək imkanı əldə etdilər. Növbəti il iqtisadiyyat 7,5 faiz artdı.

İş adamları əmin idilər ki, dövlət onlarla müvəqqəti oyun qaydaları ilə deyil, rüsum vergilərinin ödənilməsini və müəyyən sosial öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutan qəbul edilmiş qanun və qaydalar əsasında işləyir. Bu, hər kəsi maraqlandıra biləcək bir nümunədir. Korrupsiyanın kökünün kəsilməsi böyük stimula çevrilib”.


Müəllif: Səxavət