16 Sentyabr 2022 11:39
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, məlumatı Paşinyanın ofisi yayıb.

Bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunublar. Ermənistan baş naziri və Rusiya prezidenti Ermənistan Respublikasının müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına göndərilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Baş nazir Paşinyan Fransa prezidenti Emmanuel Makronla da telefon müzakirəsi aparıb.

Paşinyan Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətin təfərrüatlarını təqdim edib. Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəddə nisbətən sakitlik olmasına baxmayaraq, ümumi vəziyyət gərgin olaraq qalır.

Emmanuel Makron dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Həmsöhbətlər Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciətinin müzakirəsinə də toxunublar.


Müəllif: Nemət

Oxşar xəbərlər