“İrəvana gələn amerikalı spiker Nensi Pelosinin əsas məqsədi ABŞ-da yaşayan ermənilərin səslərini almaqdır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Ekspertin fikrincə, Nümayəndələr Palatasının sədri noyabrda keçiriləcək aralıq seçkilərindən əvvəl Amerika ermənilərinin diqqətini çəkmək istəyir:
ABŞ-da seçkiqabağı ehtiraslar qızışır, Demokratlarla Respublikaçılar arasında sözün əsl mənasında ölüm-dirim mübarizəsi gedir. Hətta bir çox nüfuzlu amerikalı ekspert mövcud durumu XIX əsrdəki Amerika vətəndaş müharibəsi ilə müqayisə edir. Nensi Pelosinin səfərinin əsas məqsədi ermənilərin səsini almaqdır. Təbii ki, bu, siyasətdir. Amerika ermənilərinin Demokratlardan, yoxsa Respublikaçılardan kollektiv istəkləri var, ya yox, bu ayrı sualdır.
Düşünürəm ki, dekabr ayından - seçkilərdən sonra bizim durumumuz orada heç kimin vecinə olmayacaq. Onda Amerika dərin dövlətinin real siyasəti görünəcək”.