“Müzakirə olunan bütün addımlar atılıb, sənədləşdirilib. Hökumətin qərarları elektron layihədə yerləşdirilib, daha sonra Baş Nazirin aparatına və üç müvafiq idarəyə göndərilib”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan azərbaycanlıların ölkəyə girişini təmin etmək üçün baş nazirin tapşırığı ilə görülən işlərdən danışarkən deyib.
“Sözügedən keçid məntəqələrində müəyyən işlər görülüb. Artıq sərhəd-keçid məntəqələri və nəzarət rejimləri müəyyən edilib”, - deyə Badasyan bildirib.
Dövlət Gəlirləri Komitəsinin rəhbəri bu proseslərin hansı təhlükələr gətirə biləcəyi ilə bağlı suala belə cavab verib: “Yox, hansı təhlükələrdən söhbət gedir? Biz bəyan etmişik ki, blokadadan çıxmaq gündəliyi hökumət üçün mütləq məqbuldur və buna əsaslanaraq addımlar atmışıq. Prosesin tamamlandığını deyə bilərik. Əgər qarşı tərəf də belə məntəqələrin göstərdiyi xidmətlərdən istifadə etməyə hazırdırsa, deməli biz də hazırıq”.