"Rusiya pilotsuz uçan aparatları dünyanın ən yaxşıları deyil, ondan da yaxşılarını istehsal edən ölkələr var”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Armen Xaçaturyan deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi indi daha çox silah almaq əvəzinə, daha çox danışmaqla məşğuldur. “Silahların alınması haqda nə qədər az danışsaq, bu, bir o qədər tez olacaq”.
Xaçaturyan Ermənistanın Hindistandan yeni silahlar alacağı ilə bağlı yayılan məlumata reaksiyası belə olub: “Bəli, bir sıra ölkələrlə silah tədarükü prosesi fəal şəkildə aparılır, o dövlətlərlə ki, bizə lazım olanları verməyə hazırdırlar, bu istiqamətdə mütləq tədbirlər görüləcək”.
Hansı ölkələrdən silah-sursat almağın lazım olduğu sualına erməni deputat belə cavab verib:
“Təbii ki, Rusiya silahları bizim hərbi imkanlarımızın əksəriyyətini təşkil edir və özünü doğrultmuş yaxşı silahlar da var. Amma başqa ölkələrdən alınmalı silahlar da mövcuddur. Məsələn, bu gün PUA-ların ən yaxşı nümunələri Rusiyada deyil, digər istehsalçı ölkələrdə daha yaxşı məhsullar var”.
Son zamanlarda Ermənistan silah ala biləcəyi ölkələr arasında Hindistanla yanaşı, İranın da adını çəkir.