4 İyul 2023 19:39
2 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nikol Paşinyan yalan danışır. Mənim oğlum Lələ Təpə əməliyyatı zamanı yaralanıb".

Teleqraf.com xəbər verir ki, bunu Xocalı soyqırımının təşkilatçılarından olan Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan erməni mətbuatına açıqlamasında bildirib.

O, qeyd edib ki, oğlu, polkovnik Artur Ohanyan 2020-ci ilin oktyabrında Lələ Təpə yüksəkliyini Azərbaycan Ordusundan geri almaq istəyərkən yaralanıb və xəstəxanaya aparılıb.

"2020-ci ildə müharibə günlərində Paşinyan özü feysbuk səhifəsində böyük əməliyyat keçiriləcəyini, uğurunu ictimaiyyətin görəcəyini yazmışdı. Yəni o, hərbi-siyasi vəziyyəti qiymətləndirməkdən uzaq olmaqla, həm də məxfilik rejimini nəzərə almayaraq belə bir bəyanatla çıxış edib. İndi o, silahlı qüvvələrdə baş verən əməliyyatları açıq şəkildə müzakirə etməyə davam edir. Oğlumun yaralandığı əməliyyata gəldikdə isə bu əks-hücum zamanı baş verdi. Bu gün əməliyyatı tam qiymətləndirmək və təhlil etmək səlahiyyətim yoxdur. Nikol Paşinyan yalan danışır, oğlum əks-hücum əməliyyatını icra etməkdən boyun qaçırmayıb. O yaralanıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər