18 İyul 2023 23:12
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in baş katibi Helqa Şmid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı regional gündəliyin əsas məsələləri müzakirə edilib, mövcud çağırışlar qarşısında ATƏT-in fəaliyyəti və rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

A.Mirzoyan ATƏT-in baş katibini Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son hadisələr barədə məlumatlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər