Ermənistanda polis patrul xidmətinin ən azı 30 faizi qadınlardan ibarət olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir qeyd edib ki, bu hədəfə çatmaq üçün çox aktiv və ardıcıl iş aparılmalıdır.
“Qarşımıza məqsəd qoymuşuq ki, bütün ölkədə, hər bölgədə patrul polisi əməkdaşlarının ən azı 30 faizi qadınlardan ibarət olsun. Yaxın gələcəkdə tədris mərkəzimiz də bu işlə ardıcıl məşğul olacaq. Qadınlar bunu nəzərə almalıdırlar. Ərizələrin qəbulu üçün son tarix noyabrın sonuna qədərdir və mən bacılarımızı və qızlarımızı fəal olmağa çağırıram”, - Paşinyan bildirib.