18 Noyabr 2023 18:04
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Avropa Sülh Fondu vasitəsilə Ermənistanı aktiv şəkildə silahlandırmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Topcor.ru saytı yazır.

Mənbə qeyd edir ki, Avropa Birliyinin Ermənistandakı missiyası yaxın gələcəkdə ciddi şəkildə genişləndiriləcək, bu haqda da birliyin diplomatiyasının rəhbəri Jozef Borrell məlumat verib:

“Borrelin sözlərinə görə, Avropa Ermənistan daxilində hərbi müşahidəçilərinin sayını artırmaqla yanaşı, Avropa Sülh Fondu vasitəsilə İrəvana dəstək vermək imkanı tapmaq qərarına gəlib. Həmin müəmmalı təşkilat keçmiş SSRİ ərazisində AB-yə sadiq rejimləri aktiv şəkildə silahlandırır.

Bu yaxınlara qədər Avropa Sülh Fondu Ukraynanı aktiv şəkildə silahla təmin edirdisə, indi Ermənistanın silahlanmasına diqqət yetirmək niyyətindədir. Cənubi Qafqazda ən fəal Avropa oyunçusu hazırda Fransadır. Bir müddət əvvəl Paris İrəvana ilkin olaraq Ukraynaya verilməli olan külli miqdarda hərbi texnika ötürüb. Eyni zamanda, ABŞ-ın yaxın vaxtlarda AB-nin Ermənistandakı missiyasına qoşulacağı ilə bağlı məlumatlar var. Qarabağ münaqişəsindəki məğlubiyyətdən sonra Ermənistan Rusiyadan ciddi şəkildə inciyib və fəal şəkildə Qərbin qucağında rahatlıq axtarır.

Noyabrın 9-10-da Brüsseldə “Ermənistanın strateji gələcəyi” adlı tədbir keçirilib, sonda bəyannamə qəbul edildi. Bu bəyannaməyə görə, Ermənistan üçün əsas strateji perspetiv Avrasiya İqtisadi Birliyi, MDB və KTMT-dən çıxmaq və AB-yə inteqrasiyasıdır. Yalnız qeyd etmək lazımdır ki, vaxtilə Kiyev də belə başlamışdı. Amma görünür, İrəvanda Ukraynanın səhvlərindən dərs almaq istəmirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər