Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ağ Evdə ABŞ prezidenti Co Baydenin müşaviri Ceyk Sallivanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı təhlükəsizlik və iqtisadi sahələrdə ikitərəfli maraq doğuran məsələlər müzakirə edilib.
Tərəflər regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər, Qriqoryan bu çərçivədə rəsmi İrəvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə “sadiqliyini” bir daha təsdiqləyib.