Ötən həftə İrəvanda ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik İdarəetmə İnstitutu və digər Amerika nümayəndələrinin iştirakı ilə müdafiənin transformasiyası üzrə seminar keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Seminar zamanı Ermənistanın müdafiə sektorunun maraqlı tərəfləri ilə Ermənistan ordusuna yardım imkanları və tərəfdaşlarla qarşılıqlı fəaliyyətin artırılması, eləcə də müasir çağırışlarla üzləşmə məsələləri müzakirə edilib.