Ermənistanın baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasına ikigünlük rəsmi səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Səfər zamanı Misir Prezidenti Abdel Fəttah as-Sisi ilə Nikol Paşinyan arasında təkbətək görüş olacaq. Bunun ardınca nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqlar davam edəcək.
Ermənistanın baş nazirinin Misir hökumətinin başçısı Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abdul Qeyt, Kopt pravoslav kilsəsinin patriarxı II Tavadros, Əl-Əzhərin imamı şeyx Əhməd Məhəmməd Əl-Taliblə də görüşəcəyi bildirilib.