5 Aprel 15:21
2 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) növbəti 4 il ərzində Ermənistana 270 milyon avro qrant verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə AB-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı mətbuat konfransında bildirib.

“Qarşıdakı 4 ildə qrant şəklində 270 milyon avro verəcəyik. Keçən ilin oktyabrında Ermənistanla çiyin-çiyinə duracağımıza, eyni zamanda əməkdaşlığımıza baxışı inkişaf etdirəcəyimizə söz vermişdik. Bu gün də müzakirə edəcəyimiz şey budur. Ermənistanın daha dözümlü olmasını dəstəkləyəcəyik. Kiçik biznesi, kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik ki, inkişafına, yeni bazarlara çıxmasına kömək edək. İnfrastruktur layihələrinə sərmayə qoyacağıq”, - o bildirib.

Leyenin sözlərinə görə, AB Ermənistana xüsusilə infrastruktur, xüsusilə Qara dəniz elektrik kabeli layihəsinə, eləcə də bərpa olunan enerji istehsalına sərmayə qoyacaq.

Avropa Komissiyasının sədri yeni dəstək paketi, Ermənistan üçün Avropa iqtisadi və investisiya proqramı haqda danışıb:

“Artıq investisiyalar üçün yarım milyard avro səfərbər edilib. Bu, əla xəbərdir, daha çox şey edə bilərik. Ona görə də bu yaxınlarda investisiya koordinasiya platformasını işə saldıq ki, yeni layihələri müəyyən edək və həyata keçirilməsini sürətləndirək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər