6 Aprel 17:05
3 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Qərbə Ermənistanın Rusiyadan iqtisadi asılılığını aradan qaldırmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

“Məncə, bu vəsaitlər ilk növbədə bu məqsədlə verilir. Hərbi nöqteyi-nəzərdən Rusiya sərhədçiləri və bazasının çıxarılması hazırda müəyyən problemlər yarada bilər, amma iqtisadi baxımdan əlaqələri kəsməyə cəhdlər ediləcək. Amma hesab edirəm ki, Ermənistanı Rusiya ilə iqtisadi əlaqələrdən tamamilə kəsmək üçün bu pul kifayət deyil.

O pulu ona görə verirlər ki, Rusiya ilə əlaqəsi olan biznes qurumlarımız əlaqələrini kəssin. Ermənistan əsasən kənd təsərrüfatı məhsulları ixrac edir və onun əsas bazarı Rusiyadır. Bunun üçün yeni bazar lazımdır”, - ekspert bildirib.

Nahapetyanın iddiasına görə, bu iqtisadi əməkdaşlıq yalnız bir komponentdir, digər komponent haqda isə heç nə deyilməyib:

“Məncə, digər komponent daha çox təhlükəsizlik arxitekturasının dəyişdirilməsi, yəni Rusiyanı hərbi baxımdan Ermənistandan çıxarılması ilə bağlıdır. Qərb ilk növbədə bunda maraqlıdır, iqtisadi komponent törəmədir. Belə bir sual yaranır: Brüssel görüşünə qatılan Armen Qriqoryan iqtisadi məsələlər üzrə mütəxəssisdirmi?

Fkirləşirəm ki, bu mövzuda konkret danışıqlar olub, əlbəttə, bu haqda heç bir açıqlama olmayacaq”.

Ekspert Rusiyanın Ermənistanı cavabsız qoymayacağını da vurğulayıb.

Dünən Brüsseldə ABŞ, Avropa Birliyi (AB) və Ermənistan arasında üçtərəfli görüş keçirilib. Görüşdə AB Ermənistana 270 milyon avro, ABŞ 65 milyon dollar vədi verib.


Müəllif: Mənsur Rəğbətoğlu