Ermənistan Avropa Birliyi (AB) yolunda Ukrayna təcrübəsini təkrarlamaq riski altındadır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Kornilov deyib.
“Ermənistan hakimiyyətinin son bəyanatlarına görə, ölkə postsovet məkanında Ukrayna, Gürcüstan və digər “uğurlu avrointeqrasiya nümunələri”nin yolu ilə getmək istəyir. Buna dırmıq üzərində dayanıb onun niyə alnına dəydiyini soruşmaq deyilir”, - Kornilov vurğulayıb.
Politoloq hesab edir ki, İrəvan üçün ən doğru yol balanslaşdırılmış xarici siyasəti ola bilərdi:
“Amma Paşinyanın qələbəsindən sonra ölkənin AB-yə daxil olmaq yolunu tutduğunu gördük. Ölkə ağlayır, özünü deşik-deşik edir, amma kaktus yeməyə davam edir. Son nöqtədə Ermənistanı nə gözlədiyini təxmin etmək olar, bir neçə variant görünür. Ən yaxşı halda, İrəvan AB üçün əbədi gözləmə vəziyyətində olan Gürcüstan kimi olacaq və bu istəyi yavaş-yavaş sönəcək, ən pis ssenaridə Ukraynanın taleyi təkrarlana bilər.
Rusiya üçün Ermənistanın belə seçimi risklər daşıyır. Sərhədlərimizdə qeyri-sabitlik nöqtələri yaratmaq siyasəti uzun müddətdir Qərb tərəfindən istifadə olunur. İndi bunun aktivləşdirilib-aktivləşdirilməyəcəyini gözləmək lazımdır”.