15 İyun 11:52
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Vazgen (Baqrat) Qalstanyanın rəhbərlik etdiyi və artıq öz uğursuzluğunu etiraf edən hərəkat kilsə-dövlət münasibətlərinin mənfi dinamikasını daha da gərginləşdirib.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

Onun sözlərinə görə, revanşist hərəkata xeyir-dua verən katolikos II Qareginin getməsinin vaxtı çatıb, bu, cəmiyyətin tələbidir:

“Əslində, II Qaregin keçmiş kriminal-oliqarx hakimiyyətin (Sərkisyan-Köçəryan klanı) davamıdır. İyirmi il ölkədə törədilən qanunsuzluqlara kilsədən heç bir reaksiyanın verilməməsinin və 2020-ci ildən sonra dini kəsimin hakimiyyət əleyhinə toplantılar və hökumətə qarşı bəyanatlara cəlb olunmasının səbəbi budur”.

Arakelyan hesab edir ki, Qalstanyanın rəhbərlik etdiyi revanşist hərəkatdan sonra erməni kilsəsində ciddi islahata ehtiyac yaranıb: “Qurumda sosial islahatlar aparılmalıdır, bu, artıq ictimai tələbdir”.

Ekspertin fikrincə, artıq cəmiyyət arasında katolikos və kilsənin ruhani təbəqəsinin nüfuzu yoxdur.

“Hərəkatın uğursuzluğu və baş verən hadisələrdən sonra katolikos şəxsən getmək qərarına gələ bilərmi” sualına Arakelyan belə cavab verib:

“Hər halda bir dini lider kimi cəmiyyət arasında etibar və nüfuzunun olmaması getməsinə səbəb olmalıdır, amma öz istəyi ilə gedəcəyini düşünmürəm. Kilsə islahatları fərdi, dövlət və vətəndaş səviyyəsində ola bilər. Xalqın öz dini liderinin necə seçildiyindən xəbərdar olması vacibdir. Məsələn, 1999-cu ildə II Qareginin necə seçilməsi hələ də qeyri-müəyyən olaraq qalır”.


Müəllif: Mənsur Rəğbətoğlu