İyunun 12-də yerli vaxtla saat 20:48-də Astaradan 48 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Teleqraf.com-un Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən veridiyi məlumata görə, zəlzəlin maqnitudası 3.8, dərinliyi isə 32 km olub.
Zəlzələ hiss olunmayıb.