13 İyun 2016 13:47
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyun ayının 12-də gündüz saatlarında Böyük Qafqazın cənub yamacında yağan lokal leysan yağış nəticəsində Balakən, Oğuz, Şəki, Qəbələ ərazisində axan çayların yamacında suyun səviyyəsində artım qeydə alınıb”.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Baş hidroloqun sözlərinə görə, ən çox yağış İsmayıllı rayonu ərazisinə düşüb, nəticədə Göyçay çayının yuxarı hissəsində qısa müddətli daşqın müşahidə olunub, suyun səviyyəsi qalxıb: “Böyük Qafqazın cənub yamacına yağan intensiv yağış nəticəsində ərazidən axan əksər çaylarda suyun səviyyəsi artıb. Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsində 65 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-70, Kiçik Qafqazın çaylarında 70-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-120 faizini təşkil edir”.

Asif Verdiyev sözlərinə görə, 2010-cu ildə Kür-Araz çaylarında daşqınların bu il baş verməsi gözlənilmir: “Hazırda Kür və Araz çaylarında suyun səviyyəsi 2010-cu ildəki daşqınlardan xeyli aşağıdır. Kürün aşağı hissələrində sabit səviyyə müşahidə olunur. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 593 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 355 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib”.

Nazirlik rəsmisi qeyd edib ki, yaxın iki gün ərazisində hava şəraitinin yağmursuz keçməsi ilə bağlı çaylarda səviyyənin tədricən azalması gözlənir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər