25 Avqust 2016 13:45
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov avqustun 25-də Şəki şəhərində Mədəniyyət və Turizm Şöbəsinin binasında bölgə vətəndaşlarını qəbul edib.

Teleqraf.com xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad olunub.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların müraciətləri əsasən, işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və digər məsələlərlə bağlı olub.

Nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin çoxu yerindəcə həllini tapıb. Bəzi müraciətlər isə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul edilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər