28 Sentyabr 2016 15:59
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri keçirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Emin-N” MMC-yə məxsus “Golden ring” şadlıq sarayının fəaliyyəti araşdırılarkən, onun 92 min 991 manat vergi borcu olduğu müəyyən edilib.

Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 38900 manat məbləğində mebel və məişət avadanlıqları müvafiq qaydada siyahıya alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən fiziki şəxs Quliyev Rüfət Faiq oğluna məxsus “Xoşbəxtlik” şadlıq evinin də 58344 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 24250 manat dəyərində mebel və məişət avadanlıqları siyahıya alınıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər