Gələn ilin dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 2 milyon 111 min 158 manat vəsait ayrılacaq.
“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində bildirilib.
Bu rəqəm 2016-cı ildə 1 milyon 876 min 23 olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 235 135 manat çoxdur.
Təhsil Nazirliyinə isə 9 milyon 292 min 955 manat ayrılıb. Bu rəqəm cari il üçün 8 milyon 210 min 634 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 082 321 manat çoxdur.