26 Yanvar 2017 11:52
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox güman ki, psixoloq Dəyanət Rzayev intihar edən hər bir şəxs kimi böhran durumunda olub”.

Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri, psixiatr Kəmalə Talıbova açıqlamasında deyib.

KəmaləTalıbova bildirib ki, heç bir kəs intihardan sığortalanmayıb: “İstər psixoloq olsun, istər psixiatr, hər kəsin müəyyən problemləri, sıxıntıları olur. Bu fakt bir daha onu izah edir ki, psixiatr ya psixoloq da intihardan sığortalanmayıb və demək olmaz ki, onlar intihar edə bilməz. Dəyanətin intiharı məni çox sarsıtdı.

Bu intihar böhran vəziyyətində edilən bir davranışdır”.

Kəmalə Talıbova əlavə edib ki, bütün insanların ömründə bir dəfə də olsun intihar fikrindən keçir: “İntihar etmək istəyən şəxslər müəyyən fikirlərlə ətrafdakıları xəbərdar etməyə çalışır. Onlar “Həyatdan bezmişəm, yaşamaq istəmirəm” kimi ifadələr işlədirlər. Əslində bu həmin insanına yaxınları üçün bir siqnal olmalıdır və həmin insana yardım edilməlidir”.


Bu faktın Azərbaycanda ilk psixoloq intiharı olduğunu deyən həkim bildirib ki, hüquq mühafizə orqanları tərəfindən araşdırma yekunlaşdıqdan sonra Dəyanətin Rzayevin intihar səbəbləri ortaya çıxacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər