30 Yanvar 2017 13:22
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 31-dən, fevralın 2-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilir ki, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 2-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər