Türkiyənin “TRT 1” kanalının Azərbaycanda rəqəmsal yayımı martın 1-dən etibarən bərpa olunacaq.
Teleqraf.com xəbər verir ki, Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, “TRT 1” telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket daxilində yayımı təmin ediləcək.
“TRT 1” televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq.
Qeyd edək ki, "TRT 1" 1995-ci ildən etibarən Azərbaycanda yayımlanır. Lakin rəqəmsal yayımla bağlı müqaviləsi olmadığına görə ötən il noyabrın 1-dən telekanalın Azərbaycanda yayımı dayandırılıb.
İlhamə ƏBÜLFƏT