11 İyul 2014 11:27
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika şəhərlərindən birində qeyri-adi toy mərasimi keçirilib.

Meksikada yerləşən kiçik San Pedro Umaelula şəhərinin meri timsahla nigaha girib.

Nigah mərasimi simvolik xarakter daşıyıb. Belə ki, yerli rəvayətlərə görə dişi timsah cadulanmış şahzadə qızdır.

San Pedro Urmaeluluda əhali əsasən balıqçılıqla məşğul olur. Yerli sakinlər inanır ki, bu nigah şəhərə firəvanlıq gətirəcək. Guya timsahın köməyi ilə torlara daha çox balıq düşəcək, balıqçıların gəliri artacaq.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər