14 İyul 2014 18:27
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Köçkün xidmətinin (FMS) sədri Konstantin Romodanovski Ukraynada baş verən hadisələrdən sonra təxminən 500 min ukraynalının Rusiyaya gəldiyini açıqlayıb.

BMT-nin Köçkünlər üzrə bürosunun böyük komissarı Vinsent Koçetel ilə Moskvada bir araya gələn Romodanovski “Hazırda 490 min ukraynalı siyasi sığınacaq və qaçqın statusu almaq üçün hökumətə müraciət edib. Biz bütün bu insanların immiqrant statusu və ya müvəqqəti siyasi sığınacaq üçün müraciət etməməsinə ümid edirdik. Çox təəssüf ki, belə olmadı”, - deyə məsələyə aydınlıq gətirib.

Bu arada Ukrayna ordusunun ölkənin şərq bölgəsində nəzarəti təmin etmək üçün başladığı əməliyyatlar davam edir. Hər iki tərəfdən onlarla insanın öldüyü bildirilən hücumlarda Rusiyanın hücum edəcəyi ilə bağlı iddiaları da səslənir.

Xatırladaq ki, Rusiyanın “Kommersant” qəzetinin rəsmi Kremldən olan mənbələrdən aldığı xəbərlərə görə, Rusiya Ukraynanın bəzi ərazilərinə hücum etmək üçün hazırlıq görür.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər